Ağaverdi Davudov

Bu səhifə – 11 Sentyabr, 2016 – cı ildə  vəfat etmiş uşaqlıq dostum və qardaşım  Davudov Ağaverdi ‘nin  əziz xatirəsinə həsr edilib.

Agaprof19

Agaverdi official photo

Ruhun şad olsun. Yerin Cənnət olsun qardaşım. Amin inşallah


Qardaşımın məzarı …

İstərdim məzarında yazıla bu sözlər,

Dostu Xanlardan bir xatirədir.

Ürəkdə nə qədər sözüm olsada,

Hayıf ki məzardaşı bir xülasədir…

( 1993 – 2016 – 2019 – ∞ )

2019 cu ildə Qardaşım Ağaverdinin Eziz Xatirəsinə Həsr Etdiyim

şeir

Sən getməz idin, amma səni qəflət apardı,
Allah əmr etdi, səni götürüb mələklər apardı.
Çox güvənirdim zamana, güvənim puç oldu,
Qardaş dediyim insan biranda yox oldu.

Günlərin bir günü hərə öz aləmində,
Bir xəbər gəldiki yoxdu qardaş yerində.
Sən getməyin ilə ürəyimiz oldu parə,
Bu yaralı ürəyə çətin tapıla birdə çarə.

Obiri dünyada yerin olar rahat amin,
Çox pis qanatdın sən, səni sevənlərin ürəyin.
Qardaş biz əminik yerin olubdur cənnət,
Burda çəkdin əziyət, o tərəfdə verilər qiymət.

Sən təmiz, günahsız bir qardaş idin,
Öz ölümünü bilə-bilə getdin əcələ.
Əzrail mələyide istəmirdi götürə səni,
Apara təslim edə o dünya təmsilçisinə.

Yarıldı ürəyimiz, hərəmiz birtərəfdə,
Sən Allah yanında, bizsə sənsizlikdə.
Kaş mən ölərdim sənin əvəzinə qardaş,
Necəki sən mənim üçün razıydın ölümə qardaş.

Əvəzin birdə çətin gələ bu dünyaya,
Canına qıyanların canı qurban anana.
Birvaxt gələcək intiqamın alınacaq,
Hamısı diz çökəcək qəbrin üstə yalvaracaq.

Allah Sənə rəhmət eləsin Qardaşım Ağaverdi
Qisasın alınacaq! Unudulmadın. Unudulmayacaqsan!


Davudov Ağaverdi –

28 Noyabr 1993 – cü ildə

Salyan rayon,  Stansiya qəsəbəsində doğulub.


Mən, qardaşımı uşaqlıq  illərindən tanıyıram. O, hər zaman gülərüz, hamı ilə mehriban,  hamıya qarşı hörmətli biri olub. Onu bütün Salyan şəhəri tanıyıb.  Stansiya  qəsəbə camaatı onu sevib, hörmət edib və  xoş sözlərlə yada salıb. Çün ki,  Ağaverdi  sevgini və hörməti özü qazanıb.

Ağaverdi  hörmət edərək, sevgi göstərərək,  rayonda sevilən və hörmət edilən olub.  Deyiləsi söz çoxdur  amma artıq  Ağaverdi  yoxdur 😭


HazırLanan bu videoLar,  saytlar və șəkillər, onun haqqında deyilən xoş sözlər, onu göstərir ki, qardaşım – Ağaverdi – çox insan kimi ölüb getmədi.

Ağaverdi  getdi, ama ürəyimizdəki yerə getdi.  O, bizi cənnətdən görür və eşidir.

Bu, o deməkdir ki,  Ağaverdi  ürəyimizdədir.

Yaxşı ki, səni tanıdım qardaşım. 😔 😩

Əziz Xatirəsinə həsr edilib HazırLanan Vİdeolar :






Mən, 11 Sentyabr Azərbaycan da,  Goranboy  rayonun da, hərbi hissədə xidmət edən dostumu ziyarət etməyə getmişdim. Həmin gün axşam evə gəldim və yatdım. Səhər tezdən oyanıb, kompüterdə xəbərləri oxudum və birdən bu xəbəri gördüm.


 Salyan da 23 yaşlı gənc bıçaqla qətlə yetirilib.


Salyan şəhər sakini 23 yaşlı – Ağaverdi Davudov – bıçaqlanaraq öldürülüb. 😩


Ətrafdakı insanların köməkliyi ilə hadisə yerinə təcili yardım çağırılıb. Ağır bıçaq yarası alan Ağaverdi,  Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılanda yolda ölüb.


Ağaverdini  qətlə yetirən,  Salyan rayon Babazənan – yaşayış massivinin sakini – 20 yaşlı – > ( şərəfsiz ) < > Ağaqulu ( soyadı – qubadov ) olan şərəfsiz, – Polis şöbəsinə gələrək könüllü təslim olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Mən, bu xəbəri oxuyandan sonra və videoları görəndən sonra inanmadım, amma dəqiqləşdirmək üçün Salyana getdim.


Mən, qardaşımın evinə çatanda isə, kədərli  insanlar və məhv olmuş arzular gördüm.


Ondan Geriyə qalan isə, gülərüz şəkilləri oldu.

Unudulmaz şəkiLLər :

This slideshow requires JavaScript.

PSX_20190606_170446

1993 – 2016 – ∞

Mən yaşadıqca, unudulmayacaqsan qardaşım – Ağaverdi 

Advertisements

The information you know about me is the information I want you to know. and only for people who need it.